Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dünya Azərbaycanlıların Həmrəyliyi Günü Azərbycan millətinin birlik şüarının günüdür

0

  •       Hər il dekabr ayının son günü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətən-Müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə həmçinin onların bir-birlərini sıx ünsiyyət qurmasına, milli-mənəvi dəyərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.    Dekabrın 31 də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycana milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan Ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlıların öz  yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoydu. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq  təşəbbüsünü üzərinə götürən  xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı. Belə bir vaxtda Azərbaycanlıların vətən naminə, birliyinə ehtiyac yarandı. Beləliklə, bütün bu baş verən hadisələrin fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu. Bu tarixin rəsmiləşdirilməsi isə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci il 16 dekabrda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününü təsis olunması barədə qəbul etdi. Bundan cəmi 9 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-i Dünya Azərbaycanlılarının  Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix azərbaycanlılarının sevinclə qeyd etdikləri milli bayramına çevrilmişdir. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması Respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Dünya Azərbaycanlıların Həmrəylik Günü Azərbycan millətinin birlik şüarının günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50-milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.Ülviyyə Haqverdiyeva,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib38 dəfə
    Dünya Azərbaycanlıların Həmrəyliyi Günü Azərbycan millətinin birlik şüarının günüdür

    Maraqlı gələ bilər
    47
    52